UEFA Avro 2000

UEFA Avro 2000
Yarış məlumatları
Ev sahibi Belçika Belçika
Niderland Niderland
Tarix 10 iyun-2 iyul 2000
Başlama tarixi 10 iyun 2000
Bitmə tarixi 2 iyul 2000
Komanda sayı 16
Stadion sayı Niderland: Amsterdam Arena (Amsterdam), Feyenoord (Rotterdam), Filips (Eyndhoven), Gelredom (Arnem)
Belçika: Kral Boduen (Brüssel), Yan Breydel (Brügge), Moris Düfran (Lyej), Stad dü Pei de Şarlerua (Şarlerua)
Yekun nəticəsi
Çempion  Fransa
İkinci  İtaliya
Üçüncü yer  Portuqaliya
 Niderland
Yarış statistikası
Oyun sayı 31
Qol sayı 85 (matç başına: 2.74)
Tamaşaçı sayı 1122833 matç başına: 36220
Mükafat sahibləri
Bombardir(lər) Niderland Patrik Klüvert
Serbiya və Monteneqro Savo Miloşeviç (hər ikisi 5 qol)
Ən yaxşı oyunçu Fransa Zinəddin Zidan
1996
2004
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Futbol üzrə 11-ci Avropa çempionatı (nid. UEFA Europees Voetbalkampioenschap België/Nederland 2000; fr. UEFA Championnat Européen du Football Belgique/Pays Bas 2000; alm. UEFA Fußball-Europameisterschaft Belgien/Niederlande 2000‎) — final turniri 2000-ci il 10 iyun-2 iyul tarixində Belçika və Niderlandın toplam səkkis şəhərində keçirilən futbol yarışı.

11-ci Avropa çempionatı ilk dəfə olaraq iki ölkədə — Niderlandda və Belçikada keçirilirdi. Bu final mərhələsində 16 komandanın iştirakı ilə baş tutan ikinci turnir idi.

Yarışdan öncə UEFA qaydalarda dəyişiklik etmişdi: Qrup mərhələsindən sonra sarı və qırmızı vərəqələrin hesabı yenidən aparılırdı.

Çempionatın qalibi adına finalda İtaliyanı əlavə vaxtda 2 : 1 hesabı ilə məğlub edən Fransa yığması layiq görüldü. Bu, Fransa yığmasının Avropa çempionatları tarixində ikinci uğuru idi. Avropa çempionatları tarixində son "qızıl qol"un müəllifi David Trezege oldu.

Çempionatın rəsmi himni E-Type adlı isveçli musiqiçinin "Campione 2000" mahnısı seçilmişdi.

Yarımfinallarda 4 güclü yığmanın qarşılaşmasına baxmayaraq çempionat bəzi favorit yığmalar üçün uğursuz keçdi. Onlardan bəziləri mübarizəni elə qrup mərhələsindəcə dayandırdılar. Bəzi oyunların taleləri son saniyələrdə bəlli oldu, bəzilərinin isə taleyini vurula bilməyən penaltilər müəyyənləşdirdi.[1]

  1. Delaney, Miguel. "The debate: was Euro 2000 the greatest international tournament ever?". 2021-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search